10 C
Baku
Wednesday, December 11, 2024

Bankların xarici öhdəlikləri artaraq 1.33 mlrd.-a çatdı

Azərbaycanın bank sektorunun xarici öhdəlikləri artıb.

Bu barədə Banker.az-a Azərbaycan Mərkəzi Bankından məlumat daxil olub.

Belə ki, ilin əvvəlinə nəzərən xarici öhdəliklərin həcmi 271.2 mln. manat artaraq 1 milyard 334.4 mln. manat təşkil etmişdir.

“Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident fiziki şəxslərin cari hesablarının həcmindəki artım ilə əlaqədardır” – deyə, Mərkəzi Bank bildirir.

Son xəbərlər
Digər xəbərlər