2 C
Baku
Saturday, December 14, 2024

Banknotlar nədən hazırlanır?

Banknotların hazırlanmasında artıq uzun müddətdir ki, kağızdan istifadə edilmədiyini bilirdinizmi?! Məsələ ondadır ki, kağız pulların böyük mənfi cəhəti var idi. Dövriyyədə yüksək fəallıqla iştirak etdiyinə görə onlar köhnəlir və buraxıldıqdan cəmi yarım il sonra tamamilə yararsız hala düşürdülər.

Bu gün bu problem pul vahidləri üçün “kağız” materialın təkmilləşdirilməsi yolu ilə həll edilir. Məsələn, Amerika dolları 75% pambıq, 25% kətandan ibarətdir və bununla yanaşı banknotun üzəri sintetik liflə möhkəmləndirilmişdir. Dolları cırmaq üçün onu bir neçə min dəfə əymək lazımdır. Dollardan fərqli olaraq isə Avstraliya, Çin, Braziliya, Şimali İrlandiya, Ruminya və bir çox ölkələrin nağd pulları xüsusi nazik plastikdən hazırlanmışdır. Onları isə əzmək üçün xeyli güc tətbiq etmək lazımdır.

Son xəbərlər
Digər xəbərlər