7 C
Baku
Thursday, December 12, 2024

Banqladeşin Baş naziri istefa verib

Banqladeşin baş naziri Şeyx Hasinnın ölkədə həftələrlə davam edən ölümcül etirazlardan sonra istefa verdiyi bildirilir.

Bu barədə Banqladeşin aparıcı qəzeti məlumat yayıb.

Bildirilib ki, Şeyx Hasina və onun bacısı ölkəni tərk edərək hərbi helikopterlə Hindistana gediblər.

“Reuters” xəbər agentliyi isə öz mənbəsinə istiandən xəbər verir ki, onlar Baş nazirin rəsmi iqamətgahından “təhlükəsiz sığınacaq”a aparılıblar.

Yerli media bildirir ki, bazar günü paytaxtda baş verən qarşıdurmalarda azı 95 nəfər, o cümlədən ən azı 14 polis məmuru ölüb, yüzlərlə insan isə yaralanıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər