9 C
Baku
Thursday, December 12, 2024

Barmaqlıqlar arxasında maliyyə dərsləri

Pullarla düzgün rəftar həyatımızın bütün sahələrində ehtiyac duyulan bacarıqdır.  Və əgər kimin isə bəxti gətirməyib, həbsxanaya düşərsə, belə hadisələr onlar üçün də istisna olunmur.

MoneyGrabbingLawyer.com saytında dərc olunmuş məqalə Amerika həbsxanalarının birinin keçmiş dustağının barmaqlıqlar arxasında hansı həyat və maliyyə dərslərini  mənimsəmədiyi haqda danışır.

Gəlin hər şeyi öz adı ilə deyək: bəli, mən keçmiş cinayətkaram, axırıncı 16 ilin 10 ilini müxtəlif qanun pozuntuları, narkotik saxlamaq və oğurluqdan daha ciddi işlərə kimi olan səbəblərdən həbsxanada keçirmişəm.  Mən keçmişdə törətdiklərimlə lovğalanmıram, lakin fəxr edirəm ki bunların hamısını arxada qoymuşam.

Mən maliyyə üzrə ekspert deyiləm və heç də varlı deyiləm, lakin pul və biznes məni həmişə maraqlandırıb. Təəssüf ki, qiymətli kağızlara yaxud nəyə isə faydalı bir şeyə investisiya etmək əvəzinə, mən daha az münasib olan məşğuliyyət seçmişdim. Bunların hamısından sonra  mənə ayağa qalxmaq çətin idi, lakin həbsxanada aldığım dərslər indi mənə yeni həyata başlamağıma kömək edir. Çox ümidvaram ki, siz özünüz heç vaxt belə biliklər almalı olmayacaqsınız, lakin öz təcrübəmlə bölüşməyə hazıram.

1. Özünüzdən başqa, qayğınıza qalan olmayacaq. Həbsxana mühafizəsi, kamera yoldaşları, dostlar, maliyyə məsləhətçiləri, onlar hamısı sizə kömək etməklərini ancaq nümayiş edirlər və onların çoxu doğurdan da kömək edirlər. Lakin işlər tamamilə pis olduğu halda, hər kəs özü üçün olur. Öz həyatınız və öz pulunuz üstündə nəzarəti öz üzərinizə götürün, və öz işlərinizi heç kimə etibar etməyin. Bu sizin pulunuz və sizin həyatınızdır.

2. Borclar puldan bahadır. Borclu olmaq pisdir. Hər şey sadədir, elə deyilmi? Lakin bu ancaq pul səbəbindən pis deyil. Borclar bizi seçim etmək imkanlarından məhrum edir və ağır yük olaraq üzərimizə düşür. Həbsxananın həyətində gəzişdikdə, kimə isə borclu olduğun haqqında fikirlər,  sənə zülm verir və düşgün edir. Səndən borcu nə vaxt geri istəyəcəklərini bilmək cəhdi edirsən və sənin kreditorun onu qaytarmaq üçün səni bıçaqla vurmaq istəyəcəyini düşünərək, boş boşuna hirslənməyə başlayırsan. Borclardan qurtarmaqla, siz daxilən rahatlıq tapırsız.

3. Siz sistemdən ağıllı deyilsiz. Həbsxana özlərini çox ağıllı bilən və heç vaxt tutulmayacaqlarını düşünən oğlanlarla doludur, lakin nəticə başqa cürdür. Hamı özünün başqa olduğunu düşünür və özünü hamıdan ağıllı sayır. Bunlar hamısı yalandır. Siz bazara qalib gələ bilməzsiz və heç nədən nə isə əldə edə bilməyəcəksiz. Qazanmaq istəyirsinizsə qiymətli kağızlara pul qoyun, yaxud siz qumar oynamaq istəyirsinizsə, həbsxanada həmişə qumar oynamaq üçün növbəti bic adam tapılar.

4. Sizin əmlakınız ancaq ona kim isə pul verdiyi halda qiymətləndirilə bilər. Mallar və xidmətlər alverı azadlıqda olduğu kimi, həbsxanada da inkişaf edir və azadlıqda olduğu kimi sizin təklif edə bildiyiniz sizə ödəməyə hazır olduqları dəyərindədir.  Əgər hamı siqara istəyirsə, sizin siqaret qutunuzun qiyməti yoxdur. Çox insanlar onların avtomobillərinə, evlərinə yaxud qiymətli kağızlarına süni şişirdilmiş qiymətlərinə inanırlar. Əgər siz evinizin qiymətinin 300 min dollar olduğunu düşünürsünüzsə, bu hələ alıcının bu qiyməti verməyə hazır olduğu demək deyil.

5. Öz üzərinizə öhdəsindən gələ biləcəyinizdən artıq götürməyin. Özünüzə pislik qazanmaq üçün ən yaxşı üsul öhdəsindən gələ bilməyəcəklərinizi üzərinizə götürməkdir. Öz imkanlarınızın həddini təyin edin və düzgün kimi qəbul edin: nəyə qadirsiz, nəyə  yox.  Əgər öz kredit kartınızı idarə edə bilmirsinizsə, ondan imtina edin. Əgər sizə borc pul almadan budcə lazımdırsa, ancaq nağd pul hesabına yaşayın. Əgər sizə kömək lazımdırsa, onu istəyin.

6. Biznes biznesdir. İşgüzar problemlərə emosional reaksiya, hətta məntiq sizə bununla razılaşmağı məsləhət bilirsə də, adi haldır.  Əgər məqsədiniz pul qazanmaqdırsa, qazanın. Müvəffəqiyyətsiz adamlarla iş görməyin, arzu etdiyiniz qiymət həddinə çatanda aktivləri satın və strateji hərəkət edin.  Qiymətlərin bir az da qalxmağını gözləməyin: sizin öz planınız var, ona riayət edin. Sizin investisiyalarınız haqqında söhbət gedəndə, buz kimi sakit olun.

7. Sizin potensialınız ən qiymətli aktivinizdir. Sizə məxsus olan ən dəyərlisi daşınmaz əmlak yaxud yığdığınız pul deyil. Bu sizin işləmək, qazanmaq və inkişaf etmək qabiliyyətinizdir. Çox adamların (mən daxil olmaqla) barmaqlıqlar arxasına düşməklərinin səbəbi bizim heç nə bacarmamağımızdadır. Səylə işləyin, özünüzü qiymətli mütəxəssis kimi göstərin və daima öz təcrübənizi artırın. Yaşamaq üçün qazana bilməyiniz, sizin ən yaxşı qabiliyyətinizdir. Bunun qədrini bilin və öz üzərinizdə çalışın.

8. Gözəllik sadəlikdədir. Dəmir barmaqlıqlar arxasında ən yaxşı dərs, sadəliyin gözəl olmasını başa düşməkdir. Xoşbəxtlik maddi dəyərlərdə, narkotiklərdə, pulda və hətta sevgidə deyil. Xoşbəxtlik özünüzü olduğunuz kimi qəbul etməkdir, və ruhi tarazılıqdır. Materialist dünyagörüşündən azad olun və özünüzü qəbul edin, çünki bütün xoşbəxtlik sizin daxilinizdədir.

9. Sizin dəyişilməyinizə kömək edə biləcək yeganə adam, siz özünüzsünüz. Mən çox sayda islah və bərpa proqrammları görmüşəm, onların hamısı mənasızdır. Əgər siz pis vərdişlərdən,  istər opiat yaxud israfçılıq olsun, azad olmaq istəyirsinizsə, ən əvvəl siz özünüz dəyişiklikləri istəməlisiniz.  Əgər siz daxilən dəyişilmək istəmirsinizsə, bütün dərsliklər, dualar, məsləhətlər və treninqlər heç nəyi həll etmir.

Son xəbərlər
Digər xəbərlər