13 C
Baku
Friday, April 26, 2024

Barnum effekti

Barnum effekti – XIX əsrlərdə məşhurluq qazanmış amerikalı Fineas Teylor Barnum tərəfindən yaradılmış sosial-psixoloji fenomendir. Bu sözlər ona məxsus idi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”. 

Barnum effektinin mahiyyəti bundan ibarətdir: İnsanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Alimlər Barnum effektini adətən astroloji qoroskoplar, falçılıq, sosionika, homeopatiya və digər yalançı elmlərə aid edir.

Bu effekt psixologiyada yüzlərlə təkrar edilib və hər zaman da sabit nəticələr vermişdir. Bir fransız psixoloq qəzetlərdə reklam yerləşdirərək astroloji xidmətlər göstərdiyini elan edir. Yüzlərlə sifariş alan psixoloq bütün müştərilərinə eyni astroloji qoroskopu göndərir. 200-dən çox insan psixoloqa məktub yazaraq çox dəqiqliklə deyilmiş proqnozlar üçün minnətdarlıqlarını bildirmişlər. Barnum effekti insanların öz şəxsiyyətlərinə qarşı həddindən artıq çox olan maraqları ilə izah edilir. Alimlər artıq 40 ildən çoxdur ki, bu effekti araşdırmaqla məşğuldurlar. Bu araşdırmalar gedişində, tədqiqatçılar müəyyən mənada insanların öz şəxsiyyətləri ilə bağlı məsələlərə necə belə reaksiya verdiklərini araşdırmağa nail olmuşlar. Unutmayaq ki, insan psixologiyası unikaldır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər