9 C
Baku
Thursday, December 12, 2024

Baş hüquqşünas – Bank BTB ASC

Bank “BTB” ASC Baş hüquqşünas vəzifəsinə işə qəbul elan edir.

Baş hüquqşünas

İş barədə məlumat:

 Bank tərəfindən müqavilələrin hazırlanmasında iştirak edir;
 Bankın adından bağlanılan bütün növ əqdlərin standart formalarını hazırlayır, onlara əlavə və dəyişiklikləri edir;
 Bank fəaliyyəti ilə əlaqədar yeni qəbul olunmuş normativ-hüquqi aktlar barədə Bankın aidiyyəti əməkdaşlarını məlumatlandırır;
 Bank tərəfindən bağlanılarn müqavilələrə rəy verir;
 Bankın fəaliyyətində yol verilən qanun pozuntusu ilə bağlı daxil olan şikayət, ərizə və digər müraciətlərə baxır;
 Bankın fəaliyyətində yaranan hüquqi məsələlər ilə bağlı rəylər verir və hüquqi yardım göstərir;
 Dövlət və ictimai təşkilatlarda hüquqi məsələlərə baxılmasında bankın maraqlarını təmsil edir;
  Bankın fəaliyyətində qanunçuluğun təmin edilməsində və onun qanuni  maraqlarının müdafiə edilməsi üzrə departamentin işində iştirak edir;
  Bank üçün hüquqi əhəmiyyətli nəticələr yaradan bütün sənədlərin  hüquqi ekspertizasını aparır;
 Baxılan müraciətlərə dair statistikanı aparır və ümumiləşdirir;
 Müraciətlərin reyestrdə qeydiyyatını aparır.

Namizədə tələblər:

 ali hüquqi təhsil;
 bank və digər kredit təşkilatlarında hüquq sahəsində ən azı 2 il təcrübə;
 Mülki, həmçinin bank qanunvericilyi sahəsində mükəmməl biliklərə sahib olmaq;
 MS Office proqramlarından istifadə etmə bacarığı;
 Azərbaycan dilində səlis nitq və yazışma aparma qabiliyyəti,
 Stressə davamlılıq;
 Məsuliyyətlilik;
 Ünsiyyət qurmaq bacarığı;
 Sərbəst işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 15.02.2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Baş hüquqşünas)  göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər