10 C
Baku
Friday, December 13, 2024

Baş idarələrdən biri Əmlak Məsələləri Dövlət Komitəsindən alınıb, digər komitəyə verildi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında olan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) tərkibinə verilib. Bundan sonra bu idarəyə DŞAK yanında fəaliyyət göstərəcək.

Bununla bağlı Baş nazir Əli Əsədov 18 dekabr 2019-cu ildə qərar qəbul edib.

Dəyişiklik edilən qərar isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş qərarı — “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən  qurumların) və onun bölmələrinin adları”-dadır.

“Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında: Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi” sözləri əlavə edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən Memarlıq və tikinti üzrə şöbə 1969-cu ildən Memarlıq və Şəhərsalma Baş idarəsi kimi fəaliyyət göstərir.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi yanında Bakı şəhər Reklam və İnformasiya idarəsi və Şəhər ərazisinin tikinti-planlaşdırma idarələri fəaliyyət göstərir.

Məmarlıq və Şəhərsalma Baş İdarəsi şəhərin planlaşdırılmasına və tikilməsinə rəhbərlik edir, şəhərin və şəhərətrafı zonanın baş planının həyata keçirilməsini, birinci növbədə tikintinin məqsədəuyğun və əlverişli yerləşdirilməsini, yeni yaşayış və sənaye rayonlarının planlaşdırılmasını və tikintisini, eləcə də əhalinin məişət, istirahət və əmək şəraitinin daha əlverişli şərtlərini təmin etməkdən ötrü mövcud yaşayış və sənaye rayonlarının yenidən qurulmasını təmin edir. Məmarlıq və Şəhərsalma Baş idarəsi abidələrin mühafizəsi, bərpası və sonradan istifadə olunması işlərini istiqamətləndirir və onlara nəzarət edir. İdarə tikinti, yenidənqurma, bərpa, əsaslı təmir, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir.

Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsinin hüquqi ünvanı: Bakı şəh. AZ-0001, İstiqlaliyyət küçəsi, 4

 

 

Son xəbərlər
Digər xəbərlər