15 C
Baku
Saturday, April 27, 2024

Baş infeksionist virusa görə məktəb və universitetlərin bağlanması məsələsindən danışdı

Məktəblərin Novruz bayramı tətilinə daha tez buraxılması müzakirə olunmur”.

Nazirlər Kabineti yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən brifinqdə qərargah üzvü – respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

Onun sözlərinə görə, koronavirus epidemiyası geniş yayılarsa, universitetlər və məktəblər müvəqqəti dayandırıla bilər:

“Xəstəlik geniş yayılmadığından buna ehtiyac yoxdur. Biz çalışırıq ki, xəstəliyi lokallaşdıraq. Əgər xəstəlik genişlənərsə, ehtiyac yarandığı halda orta məktəblər, bağçalar və universitetlər də bağlana bilər. Hələlik buna ehtiyac yoxdur”.

O qeyd edib ki, hazırda orta məktəblərdə, bağçalarda dezinfeksiya işləri aparılır. Oxu.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər