3 C
Baku
Saturday, December 14, 2024

Baş mühasibin müavini – Rabitəbank

Baş mühasibin müavini
Vəzifə öhdəlikləri:
  • Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
  • Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
  • Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • İşçilərə ödənilən əmək haqqının, habelə digər ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Zərurət yarandıqda beynəlxalq audit şirkətləri ilə işləməsi;
  • Strukturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi və s.

  Namizədə qarşı tələblər: 

  • Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
  • Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi keyfiyyətlərə malik olması;
  • Bank mühasibatlığında ən azı 5 illik iş təcrübəsinin olması;
  • Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.

  Davranış səriştələri: 

  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Öz-üzərində işləməyə və şəxsi inkişafına meyilli olması
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Təşəbbüskarlıq, operativlik və məsuliyyətlilik kimi mübət keyfiyyətlərə malik olması.

Vakansiya ilə maraqlanan şəxslər öz şəkilli CV-lərini [email protected] ünvanına “Baş mühasibin müavini” başlığı ilə göndərə bilərlər.

Son xəbərlər
Digər xəbərlər