15 C
Baku
Friday, April 26, 2024

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktayla görüşüb

Noyabrın 4-də Baş nazir Əli Əsədov ilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay arasında təkbətək görüş olub.

Banker.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

Bakı şəhərində keçiriləcək Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının və birgə biznes forumun əhəmiyyəti vurğulanıb.

F.Oktayın rəsmi səfərinin Azərbaycan-Türkiyə münasibətlərinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər