10 C
Baku
Friday, December 13, 2024

Baş nazir: “Azərbaycanın xarici dövlət borcu ÜDM-nin 18,9%-ni təşkil edib”

“2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib”.

Bunu baş nazir Əli Əsədov Milli Məclisdə, hökumətin hesabatını təqdim edərkən deyib.

“Məqsədimiz 2020-ci ildə də qiymət artımının ötənilki səviyyədə saxlamaqdır”, – o qeyd edib.

Bundan başqa, hökumət başçısının sözlərinə görə, ötən il ölkədə işsizliyin səviyyəsi 4,8% olub ki, bu da olduqca yaxşı göstərici hesab edilir:

“2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”.

©Report

Son xəbərlər
Digər xəbərlər