-1 C
Baku
Saturday, December 14, 2024

Baş nazir bu dövlət qurumu üçün xidməti avtomobili ləğv etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarına əsasən, “Dənizkənarı Bulvar İdarəsinin” üçün xidməti nəqliyyat vasitələri ləğv edilib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədovun imzaladığı sənəddə deyilir.

“Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)”nin cədvəlinin 56-cı hissəsi ləğv edilsin.” – deyə sənəddə deyilir.

Qeyd edək ki, bu günə qədər 3 avtombil dövlət qurumunun istifadəsində idi.

Son xəbərlər
Digər xəbərlər