1 C
Baku
Saturday, December 14, 2024

Baş nazir “Qaçqınkom”la bağlı qərar imzalayıb

“Qaçqınkom”un kollegiyasının tərkibində dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı “Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli 8 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Dəyişikliklə Kollegiyanın üzvləri siyahsındakı “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru” sözləri “Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Hüquq və kadrlar şöbəsinin müdiri” sözləri ilə əvəz edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər