16 C
Baku
Thursday, April 25, 2024

Baş prokuror: “Bu il 4 qanunsuz kredit alma faktı aşkarlanıb”

Bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 270 cinayət işinin ibtidai araşdırması həyata keçirilib”. 

Bunu baş prokuror Zakir Qaralov bildirib.

Bu işlər içində banklara aid olanlarda vardır.

Görülən ardıcıl və sistemli tədbirlər nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin effektivliyi yüksəlməkdə davam etmişdir. 2014-cü ildə Baş İdarədə 9145 ərizə və şikayətə baxılmışdır ki, onlardan 5951 müraciət qurumun “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuşdur. Həmin müraciətlərin 21-i üzrə müvafiq əsaslar müəyyən olunduğundan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə cinayət işi başlanaraq istintaq aparılmışdır. Ümumilikdə, il ərzində Baş İdarə tərəfindən 326 cinayət xarakterli müraciət və məlumat araşdırılmışdır ki, onlardan da 98-i mənimsəmə, 85-i dələduzluq, 57-si vəzifədən sui-istifadə etmə, 27-si saxta sənəddən istifadə etmə, 25-i rüşvət, 4-ü qanunsuz kredit alma, 3-ü vergi ödəməkdən yayınma, 3-ü qanunsuz sahibkarlıq, 1-i qaçaqmalçılıq, 1-i kompüter sisteminə qanunsuz daxil olma, 22-si isə digər cinayətlərlə əlaqədar olmuşdur. İl ərzində Baş İdarənin Əməliyyat şöbəsi tərəfindən keçirilmiş 10 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 12 şəxs cinayət başında yaxalanmışdır. 12 nəfər barəsində 11 cinayət işi isə Əməliyyat şöbəsinin əməkdaşlarının apardığı araşdırma nəticəsində başlanmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər