6 C
Baku
Saturday, December 14, 2024

Baş Prokurorluğun idarələrindən biri yenidən təşkil olunub

Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yenidən təşkil olunub.

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb.

Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.

Qeyd edək ki bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər