10 C
Baku
Thursday, December 12, 2024

“Başak İnam Sığorta”nın 260 min manatlıq öhdəliyi var

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bu il oktyabrın 6-da lisenziyasını ləğv etdiyi “Başak İnam Sığorta” ASC-nin sığorta müqavilələri üzrə öhdəlikləri (sığorta ehtiyatları) 259 539 manatdır. Bu barədə mənbəyə Palatadan bildirilib.

Məlumata görə, bu müqavilələr avtomobil, əmlak və kredit sığortasını əhatə edir. Onların müddəti ən geci 2021-ci ilə qədərdir.

“Şirkət kreditorlar qarşısında bütün öhdəliklərini təmin edəcək aktivlərə malikdir. Onun öhdəliklərinin digər şirkətə ötürülməsi barədə qərar qəbul edilməyib”, – deyə məlumatda qeyd olunub.

MBNP bəyan edib ki, “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, sığortaçının məcburi qaydada ləğv edilməsi haqqında məhkəməyə müraciət olunub. Qərar qəbul edildikdən sonra, 30 iş günü ərzində Palata Ləğvetmə Komissiyasının üzvlərinin siyahısını təsdiq üçün məhkəməyə təqdim edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər