10 C
Baku
Wednesday, December 11, 2024

“Başak İnam Sığorta”nın ləğvedilmə səbəbi məlum oldu

«Başak İnam Sığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı aprelin 4-də olacaq, deyə şirkət məlumat yayıb.

Gündəlikdəki əsas məsələ şirkətin könüllü ləğv edilməsidir.

«Başak İnam Sığorta» İH sədrinin müavini Vaqif Baxşıyev Turan-a bildirib ki, şirkətin ləğvedilmə səbəbi «Zaminbank» və «Gəncəbank»ın bağlanmasıdır.

«Zaminbank bizim təsisçimiz idi. Vəsaitlərimiz bu iki bankda olub. Onlar bağlanandan sonra  şirkətimiz Maliyyə Bazarlarına Nəzarət Palatasının tələblərinə və qanunvericiliyin məcmu kapital tələbinə (5 mln manat) cavab verə bilmədi», deyə o bildirib.

«Başak İnam Sığorta»nın planlaşdırılan ləğvi barədə fevralda jurnalistlərə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri R.Aslanlı məlumat verib və qeyd edib ki, artıq razılıq verilib. Xatırladaq ki,  «Zaminbank» və «Gəncəbank»ın lisenziyası 2016-cı ildə ləğv edilib.

Azərbaycan-Türkiyə birgə şirkəti olan «Başak İnam Sığorta» 1996-cı ildə yaradılıb. Türkiyə tərəfindən təsisçi «Başak Sığorta», Azərbaycan tərəfdən «İnam» təkrarsığorta idi. Onu ABB, «Turanbank» və «Aqrarkredit» təsis edib.

Şirkətin n izamnamə kapitalı 7 mln manat idi. 71D

Son xəbərlər
Digər xəbərlər