Bu ilin yanvar-may aylarında “Başak-İnam Sığorta Şirkəti” ASC-nin yığımları 330,389 min manat təşkil edib.
Şirkətdən Reporta verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% azdır.
Hesabat dövründə “Başak-İnam”ın ödənişləri daha kəskin azalıb. Belə ki, şirkət beş ay ərzində 61,893 min manat ödəniş həyata keçirib. Bu isə bir il əvvələ nisbətən 4,7 dəfə azdır.
Bu ilin yanvar-may aylarında “Başak-İnam” topladığı hər 100 manat sığorta haqqının 18,7 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-mayında 51,4% olub.