6 C
Baku
Sunday, December 15, 2024

Bayden 2024-cü il prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib

Co Bayden 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini rəsmən bəyan edib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

“Mən ABŞ-ın prezidentliyinə yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm”, – deyə ölkə başçısı bildirib.

ABŞ mediası Baydenin yenidən seçilmək üçün mübarizə aparmaq planlarını aprelin 25-də, yəni 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirakını elan etdikdən düz dörd il sonra açıqlayacağını proqnozlaşdırmışdı. Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrına təyin edilib.

Son xəbərlər
Digər xəbərlər