ABŞ prezidenti Cozef Bayden 886,3 milyard dollar məbləğində olan ölkənin 2024-cü maliyyə ili üçün müdafiə büdcəsi layihəsini (oktyabrın 1-də başlayıb) imzalayıb.
Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 14-də, Senat isə dekabrın 13-də təsdiqləyib.
Büdcə layihəsində müdafiə ehtiyacları üçün rekord məbləğdə vəsait ayrılması nəzərdə tutulur ki, bu da əvvəlki ilin göstəricisini 3 faiz üstələyir.
Layihə, həmçinin Kiyev üçün ATACMS operativ-taktiki raket sistemləri üçün 80 milyon dolların ayrılmasını nəzərdə tutur.