16 C
Baku
Saturday, April 27, 2024

Bayden ABŞ-a gəlmək istəyənlər üçün məcburi vaksinasiya tətbiq edəcək

Bayden administrasiyası ölkəyə gəlmək istəyən demək olar ki, bütün xaricilərin COVID-19 infeksiyasına qarşı tam peyvənd olunmasını tələb edəcək.

Banker.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, ABŞ hökuməti beynəlxalq turizmin fəaliyyətini bərpa etmək niyyətindədir ki, bu da aviaşirkətlər və turizm sənayesi üçün biznesin inkişafına kömək edəcək. Lakin Vaşinqton bunun üçün məhdudiyyətləri dərhal ləğv etməyə hazır deyil, çünki ABŞ və digər ölkələrdə “delta” ştamına yoluxmuş insanların sayında artım müşahidə olunur.

Prezident məhdudiyyətləri tədricən yumşaltmağı, xüsusilə də ABŞ-a gəlmək istəyənlər üçün məcburi vaksinasiya tələbini tətbiq etməyi planlaşdırır. Ağ Evin sözçüsünə görə, Bayden administrasiyası istənilən an “yeni sistemə” keçmək üçün müvafiq plan hazırlayır.

Qeyd edək ki, hal-hazırda son 14 gün ərzində Hindistan, Böyük Britaniya, İrlandiya, Çin, Cənubi Afrika, İran, Braziliya və Avropa İttifaqı ölkələrini ziyarət etmiş xaricilər üçün ABŞ-a giriş qadağandır. Bununla yanaşı, peyvənd olunmasından asılı olmayaraq bütün xaricilər koronavirus testini verməlidirlər.

Con Hopkins Universitetinin məlumatına görə, ABŞ koronavirusa yoluxma sayına görə dünyada birincidir. Belə ki, pandemiyanın bütün dövrü ərzində ölkədə 35 milyondan çox insan yoluxub, 615 min insan ölüb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər