20 C
Baku
Saturday, May 25, 2024

Bayden: ABŞ bankları mövcud çətinliklərin öhdəsindən gələ biləcək

Prezident Co Bayden bəyan edib ki, ABŞ bankları son vaxtlar yaranmış çətinliklərin öhdəsindən gələ biləcək.

Co Bayden bu barədə Kanadaya səfəri zamanı keçirdiyi mətbuat konfransında söyləyib. O, ABŞ banklarının yaxşı vəziyyətdə olduğunu bildirib.

Qeyd edib ki, Avropa banklarında yaranmış çətinliklər ABŞ tərəfindən törədilməyib. Avropada baş verənlərin ABŞ banklarında olanlarla heç bir əlaqəsi yoxdur. “Fikrimcə, vəziyyətin sakitləşməsi üçün müəyyən vaxt lazımdır. Amma bu sahədə “partlayış” ola biləcəyini düşünmürəm”, – deyə ABŞ Prezidenti fikrini yekunlaşdırıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər