ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrda Nyu-Yorka gedəcək.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, sentyabrın 18-də prezident Bayden Nyu-Yorka gedəcək.
BMT Baş Assambleyasının iclası sentyabrın 20-dən 26-dək baş tutacaq. Baş Assambleyanın iclasında prezidentlər, baş nazirlər və nazirlər iştirak edirlər.