14 C
Baku
Thursday, April 25, 2024

Bayden Çin şirkətlərinə qarşı məhdudiyyətləri sərtləşdirir

ABŞ Prezidenti Cozef Bayden Çinin telekommunikasiya şirkətlərinə qarşı məhdudiyyətlərin daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, ABŞ-ın milli təhlükəsizliyi üçün risk yaradan avadanlıqlar ölkə ərazisində təsdiqlənməyəcək.

Söhbət əvvəllər ABŞ hakimiyyət orqanları tərəfindən xüsusi siyahıya daxil edilmiş şirkətlərin məhsullarından gedir. Bu kateqoriyaya hazırda “Huawei” və ZTE daxildir.

Bundan əvvəl qanun layihəsi Konqresin hər iki palatası tərəfindən təsdiqlənib.

Qeyd edək ki, Çinin telekommunikasiya şirkətləri “Huawei” və ZTE 2020-ci ilin iyunundan sanksiyalarla üzləşib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər