Bayden “Facebook”u “insanları öldürməkdə” günahlandırıb

ABŞ prezidenti Co Bayden “Facebook” kimi sosial şəbəkələri koronavirus peyvəndləri ilə bağlı səhv məlumatların meydana çıxmasına icazə verdikləri üçün “insanları öldürməkdə” günahlandırıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

ABŞ Səhiyyə Nazirliyinin məlumatına görə, iyul ayının ortalarında ölkədə COVID-19-a yoluxma hallarının sayı 70% artıb. Xəstəliyin yayılması vaksinasiyanın zəif olduğu bölgələrdə qeydə alınıb.

“Onlar insanları öldürürlər. Baxın, pandemiya yaşadığımız yeganə yer peyvənd olunmayanlar arasındadır. Onlar (sosial şəbəkələr) insanları öldürürlər”, – deyə Bayden söyləyib.

“Facebook” sosial şəbəkənin dezinformasiya deyil, peyvəndlər haqqında etibarlı məlumatların yayılmasına kömək etdiyini söyləyərək dərhal etiraz edib. Şirkətdə qeyd edildiyi kimi, iki milyarddan çox insan “Facebook”da COVID-19 və peyvəndlər haqqında etibarlı məlumatlarla tanış olub.

“Faktla təsdiq edilməmiş ittihamlar bizim diqqətimizi yayındırmayacaq. Fakt budur ki, “Facebook” həyatları xilas etməyə kömək edir”, – deyə İT nəhənginin nümayəndəsi bildirib.

Xatırladaq ki, may ayının sonunda sosial şəbəkə platformasından koronavirusun süni şəkildə yaradıldığı barədə məlumatları silməyə qərar verib. Qışda “Facebook” siyasi reklamları qadağan edən filtrlər üzündən COVID-19 peyvəndinin faydaları barədə reklamları blok edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.