ABŞ Prezidenti Cozef Bayden Filippin Prezidenti Ferdinand Markosu ABŞ-a səfərə dəvət edib, səfərin tarixləri hələ işlənilir.
Bu barədə Filippinin xarici işlər naziri Enrike Manalo ABŞ Dövlət katibi Entoni Blinkenlə birgə mətbuat konfransında bildirib.
“Prezident Bayden Prezident Markosu ABŞ-a səfərə dəvət edib. Səfərin nə vaxt baş tutacağı hər iki prezidentin iş qrafikindən asılı olacaq. Ortaq tarix ilə bağlı razılıq əldə olunsa, bu səfərin baş tutmasına nail ola bilərik”, – nazir deyib.