17 C
Baku
Friday, May 24, 2024

Bayden gələn ay Vyetnama səfər edəcək

ABŞ Prezidenti Co Bayden gələn həftənin sonunda Vyetnama səfər edəcək və burada ikitərəfli əməkdaşlıq haqqında danışıqlar aparacaq.

Bu barədə bazar ertəsi Ağ Ev məlumat yayıb.

“Prezident Co Bayden sentyabrın 10-da Vyetnamın paytaxtı Hanoy şəhərinə səfər edəcək. O, Hanoyda ABŞ və Vyetnam arasında əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə etmək üçün baş katib Nquyen Phu Trong və digər yüksək səviyyəli liderlərlə görüşəcək”, – deyə məlumatda deyilir.

Məlumatda, həmçinin qeyd olunur ki, liderlər regionda sülh, firavanlıq və sabitlik mövzusunu da müzakirə edəcəklər.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər