8 C
Baku
Friday, December 13, 2024

Bayden hər bir amerikalıya 2 min dollar yardım ayıracağını vəd etdi

Demokratların Senat üzərində nəzarəti ələ aldığı təqdirdə, ABŞ vətəndaşları pandemiya dövründə dəstək şəklində 2 min dollar yardım alacaqlar.

Banker.az xarici KİV-ə istinadən xəbər veri ki, bu barədə yanvarın 4-də yeni seçilmiş prezident Co Bayden Gürcüstandakı tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Bayden Demokratlar Partiyasının namizədlərinə dəstək olmağa çağırıb.

“Əgər Con və Rafaeli Vaşinqtona göndərsəniz, sizə 2 min dollar dəyərində olan çek veriləcək. Bu, koronavirusla mübarizə aparan bir çox insan üçün ümid, ədəb və şərəfin bərpası demək olacaq. İki min dollar haqqında gedən mübahisələr – abstrakt debatlar deyil. Bu sizin həyatınızdır”, – deyə prezident söyləyib.

Xatırladaq ki, dekabrın 31-də ABŞ Senatındakı respublikaçılar amerikalı vergi ödəyicilərinə iki min dollar yardım göstərmək təklifini yenidən blokladılar.

Respublikaçı Miç Makkonnellin sözlərinə görə, orta və yüksək təbəqədən olan amerikalılar iş yerlərini itirməyiblər və müavinətə ehtiyac duymurlar. Qeyd edək ki, bu təşəbbüs həm də illik gəliri 75 min dollardan az olan hər kəsə eyni məbləğdə pul verilməsini nəzərdə tutur.

Son xəbərlər
Digər xəbərlər