8 C
Baku
Thursday, December 12, 2024

Bayden hökumətin maliyyələşdirilməsinin dekabrın 30-dək uzadılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Biden cümə günü Konqresin hər iki palatası tərəfindən hökumətin maliyyələşdirilməsinin dekabrın 30-dək uzadılması təşəbbüsünü imzalayıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Cümə günü, dekabrın 23-də Prezident federal qurumlara 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq – red.) 30 dekabr 2022-ci ilə qədər maliyyə vəsaiti ayrılmasını nəzərdə tutan qanunu imzaladı”, – bildirişdə deyilir.

Dekabrın 23-də Konqresin Nümayəndələr Palatası ölkənin cari maliyyə ili üçün təqribən 1,7 trilyon dollar məbləğində büdcə layihəsini Senatda təsdiqləyib. Lakin Amerika qanunlarına görə, dövlət başçısı tam büdcə layihəsini Konqres tərəfindən təsdiqləndiyi gün imzalaya bilməz. Sənədin qanunvericilər tərəfindən təsdiq edildikdən sonra müəyyən vaxt keçməlidir.

Məhz buna görə Konqresin hər iki palatası hökumətin maliyyələşdirilməsinin dekabrın 30-dək uzadılması təşəbbüsünü təsdiqləyib. Beləliklə, gələn cümə gününə qədər Amerika lideri cari maliyyə ili üçün tam büdcəni imzalamalıdır.

Hökumətin maliyyələşdirilməsinin dekabrın 30-dək uzadılması təşəbbüsü yerli vaxtla dekabrın 23-də gecə yarısına qədər təsdiqlənməsəydi, bəzi federal qurumlar işləri dayandırmaq məcburiyyətində qalacaqdılar.

Son xəbərlər
Digər xəbərlər