16 C
Baku
Friday, April 12, 2024

Bayden III Çarlzın tacqoyma mərasiminə gəlmək niyyətində deyil

ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya Kralı III Çarlzın may ayında Londonda keçiriləcək tacqoyma mərasimində iştirak etmək dəvətindən imtina edəcək.

Bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Baydenin əvəzinə mərasimdə ABŞ-ın birinci xanımı Cil Bayden iştirak edə bilər.

Nəşrin yazdığına görə, xaricə səfərlər 80 yaşlı Amerika prezidenti üçün çox yorucudur, bununla əlaqədar Vaşinqton administrasiyası onların sayını minimuma endirməyə çalışır, cədvələ yalnız ən zəruri xarici səfərləri buraxır.

Qəzet yazıb ki, Baydenin aprelin ortalarında Şimali İrlandiyaya səfərini nəzərə alsaq, bir ay ərzində Britaniya adalarına ikinci səfəri mümkün olmayan ssenari hesab olunur.

Böyük Britaniyanın ABŞ-dakı səfiri Karen Pirs və Bukingem Sarayının nümayəndələri tacqoyma mərasimində Amerika nümayəndə heyətinin tərkibi ilə bağlı Ağ Evlə səmimi və diplomatik danışıqlar aparır.

Məlumdur ki, Bayden aprelin 11-də Şimali İrlandiyada protestant ittifaqçıları ilə katolik millətçiləri arasında silahlı qarşıdurmaya son qoyan Belfast sazişinin imzalanmasının 25-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Belfasta gələcək.

Son xəbərlər
Digər xəbərlər