9 C
Baku
Friday, December 13, 2024

Bayden Makronla görüşəcək

ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Vaşinqtonda görüşəcək.

Bu barədə ABŞ Prezident Administrasiyası bildirib.

Liderlər Ukrayna, Çin, İran və enerji məsələlərini müzakirə edəcək.

ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib:

“Onların danışıqlarının mərkəzində Ukrayna ilə bağlı müzakirələrin olacağı gözlənilir. Çinlə yanaşı, İrana da çağırışlar müzakirə olunacaq”.

Görüşdə iqtisadi və enerji sahəsində əməkdaşlığın müzakirə ediləcəyi gözlənilir.

Fransa prezidentinin ABŞ-a səfəri noyabrın 30-da başlayacaq və üç gün davam edəcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər