ABŞ Prezidenti Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə Uilyam Bernsin namizədliyini irəli sürüb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Uilyam Bernsin namizədliyinə Senat baxmalıdır.
Berns 2005-ci ildən 2008-ci ilə qədər ABŞ-ın Rusiyadakı səfiri işləyib. O, Dövlət Departamentində dövlət katibinin müavini vəzifəsinə qədər yüksəlib.
Berns 33 illik diplomatik karyerasından sonra 2014-cü ildə xarici xidmətdən təqaüdə çıxıb. O, hazırda Karneqi Fonuna rəhbərlik edir.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin əvvəlki direktoru Cina Haspel yanvarın 19-da vəzifəsindən istefa verib. Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub. O, istefasının səbəblərini açıqlamayıb.