10 C
Baku
Thursday, December 12, 2024

Bayden Nikaraqua hökuməti üzvlərinə ABŞ-a girişi qadağan edib

ABŞ Prezidenti Cozef Bayden Nikaraqua hökuməti üzvlərinin ölkəyə girişini qadağan edən fərman verib.

Bu barədə Ağ Evin yaydığı sənədlərdə deyilir.

Sənəddə qeyd edilir ki, Prezident Daniel Orteqanın başçılıq etdiyi Nikaraqua hökuməti üzvlərinin, o cümlədən həyat yoldaşı və Vitse-prezident Rosario Murilyonun immiqrant və qeyri-immiqrant kimi Birləşmiş Ştatlara girişini məhdudlaşdırmaq və dayandırmaq Birləşmiş Ştatların maraqlarına uyğundur. Murilyo və digərləri demokratik təsisatları sarsıdan və ya zədələyən və ya Nikaraquada demokratiyaya qayıdışına mane olan siyasət və ya hərəkətləri inkişaf etdirən, həyata keçirən və ya onlardan faydalanan şəxslərdir.

Baydenin sözlərinə görə, “Orteqa hökumətinin və onu dəstəkləyənlərin repressiv və sərt hərəkətləri ABŞ-ı hərəkətə keçməyə məcbur edir”.

“Persona non qrata” siyahısına həmçinin seçilmiş vəzifəli şəxslər, onların aparatının üzvləri, merlər və müavinləri, o cümlədən təhlükəsizlik orqanlarının, dövlət qurumlarının, penitensiar xidmətin, ədliyyə və Daxili İşlər Nazirliyinin bir sıra yüksək vəzifəli şəxsləri də daxildir. Sanksiyaların təsirinə məruz qalanların ailə üzvlərinin də ABŞ-a girişi qadağan edilib.

Bayden həmçinin Nikaraquaya qarşı sanksiyalar rejimini də bir il uzadıb.

Son xəbərlər
Digər xəbərlər