6 C
Baku
Sunday, December 15, 2024

Bayden Rusiya nüvə silahlarının Belarusda yerləşdirilməsindən narahatdır

ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, Rusiyanın taktiki nüvə silahı hələ Belarus ərazisində yerləşdirilməyib, lakin bu planlarla bağlı bəyanatlardan narahatdır.

Amerika lideri bu barədə Şimali Karolinadan Vaşinqtona qayıtdıqdan sonra jurnalistlərə deyib.

Bayden Rusiya tərəfinin bununla bağlı açıqlamalarını hələ oxumadığını bildirib: “Təhlükəli haldır. Bu narahatlıq doğurur. Mən təyyarədə olarkən baş vermədiyi halda, hələ bunu etməyiblər”.

Qeyd edək ki, Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib. Rusiya lideri bildirib ki, artıq Belarus ərazisinə taktiki nüvə silahı daşıya bilən 10 təyyarə yerləşdirilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər