12 C
Baku
Saturday, November 23, 2024

Bayden: “Tarix Ukrayna müharibəsinin Rusiyanı zəiflətdiyini yazacaq”

Bayden Viskonsin ştatında iqtisadi planla bağlı çıxışında Rusiyanın Ukraynanı işğal etmək cəhdinə də toxunub.

Putinin Ukraynaya hücumunu “əvvəlcədən düşünülmüş və əsassız” adlandıran Bayden deyib: “Putin diplomatik səyləri rədd etdi. O, Qərbin və NATO-nun cavab verməyəcəyini və bizi daxildən parçalaya biləcəyini düşünürdü. Putin yanıldı. Biz buna hazır idik”.

Avropalı tərəfdaşlarını birləşdirmək üçün uzun müddət sərf etdiklərini bildirən Bayden Putinin Ukraynada etməyi planlaşdırdıqlarını əvvəldən bütün dünya ilə paylaşdıqlarını qeyd edib.

“Rusiyanın yalanlarına həqiqətlə cavab verdik” deyən Bayden əlavə edib ki, indi Rusiya lideri heç vaxt olmadığı qədər dünyadan təcrid edilib.

Bayden ABŞ-ın Ukrayna xalqına yardımlarınn davam edəcəyini bildirib. O, həmçinin “Putinin Ukrayna ilə müharibəsinin tarixi yazılanda bu müharibənin Rusiyan daha da zəif, dünyanın qalan hissəsini isə daha da güclü etdiyi yazılacaq”- deyə, əlavə edib.

Çıxışında Ukrayna xalqının mübarizəsini də tərifləyən Bayden “Ukraynalılar inanılmaz insanlardır” deyib.

Puyinin ABŞ- bölə biləcəyini düşündüyünü ancaq bu mövzuda yanıldığını deyən Bayden Avropan və azad dünyanı bir arada saxladıqlarını deyib.

BMT-nin Baş Assambleyasında Rusiyaya qarşı qınama qanun layihəsinin lehinə 141 ölkə, əleyhinə 5 ölkə səs verib. Hindistan daxil olmaqla bir çox ölkə neytral qalıb. Buna görə də Bayden “Rusiya yalnız qalıb” ifadəsini işlədib. Bayden çıxışında “Putin NATO-nu, Avropanı və ABŞ-ı bölə biləcəyini düşünürdü. Bütün dünyaya heç kimin bu ölkəni bölə bilməyəcəyini göstərəcəyik” deyib.

 

Son xəbərlər
Digər xəbərlər