8 C
Baku
Thursday, December 12, 2024

Bayden zənginlər üçün vergiləri artırmağa hazır olduğunu bildirib

ABŞ prezidentliyinə namizəd Co Bayden seçkilərdə qalib gəldiyi təqdirdə, ildə 400 min dollardan çox maaş alan amerikalılar üçün vergini qaldıracağnı söyləyib. Banker.az xəbər verir ki, bu barədə o, 24 avqust tarixində ABC telekanalında yayımlanan müsahibəsində bildirib.

Bununla yanaşı, Bayden vergi artımının göstərilən məbləğdən az maaş alan vətəndaşlara təsir etməyəcəyini qeyd edib.

“Niyə? Çünki onlar üzərilərinə düşən iqtisadi öhdəlikləri yerinə yetirməlidirlər. Zənginlər və korporasiyalar öz paylarını ödəməlidirlər”, – deyə Co Bayden vurğulayıb.

Siyasətçinin fikrincə, “böyük” gəlir əldə edən müəssisələrə daha yüksək vergi tətbiq etmək “ağlabatan” addımdır.

Xatırladaq ki, daha əvvəl Bayden seçkilərdə qalib gələcəyi təqdirdə ABŞ-ın “qaranlıq dövrü”nü aşacağına və eyni zamanda, ölkənin sistematik irqçilik problemini aradan qaldıracağına söz vermişdir.

Bildirildiyi kimi, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Bayden ölkənin hazırkı prezidenti Donald Tramp ilə üz-üzə olacaq. Son verilən məlumata görə, amerikalıların 50 faizi Baydenə, 46 faizi isə Trampa səs verməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər