15 C
Baku
Friday, May 3, 2024

Baydenin Avropa liderləri ilə danışığı başa çatıb

Boris Conson ABŞ, Fransa, Almaniya və İtaliya liderləri ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Bayden, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və İtaliyanın Baş naziri Mario Draqi ilə Ukraynadakı vəziyyəti müzakirə edib.

Liderlər beynəlxalq enerji arxitekturasını yenidən formalaşdırmaq və Rusiya karbohidrogenlərindən asılılığı azaltmaq üçün birgə işləmək zərurətini müzakirə ediblər. Onlar razılaşıblar ki, Ukraynadaki müharibə başa çatmadan Qərb öz qətiyyətini yumşalda bilməz.

Liderlər həmçinin Ukrayna xalqını Rusiyaya qarşı mübarizədə dəstəkləmək üçün davamlı əlaqə barədə razılığa gəliblər.

 

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər