ABŞ Prezidenti Co Baydenin baş tibb müşaviri Entoni Fauci istefa verəcək.
Entoni Fauci bu barədə özü bildirib.
Tramp və Bayden administrasiyasında COVID-19 pandemiyasına qarşı mübarizənin siması kimi siyasi hücumlara tab gətirərək şöhrət qazanan yoluxucu xəstəliklər üzrə görkəmli mütəxəsis Entoni S. Fauci, yarım əsrdən çox dövlət qulluğunda çalışdıqdan sonra dekabrda istefa verməyi planlaşdırır.
81 yaşlı Fauci 1984-cü ildən ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna rəhbərlik edir.
Yoluxucu xəstəliklər institutunun direktoru Fauci Ronald Reyqandan bəri ABŞ-ın yeddi prezidentinin müşaviri olub və o, QİÇS, Ebola, Zika və COVID-19 pandemiyası ilə qlobal mübarizədə ön sıralarda olub. Fauci ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutuna rəhbərlik etdiyi təxminən 40 il ərzində bu qurum illik büdcəsi 350 milyon dollar olan az bilinən institutdan büdcəsi 6 milyard dolları keçən qlobal səviyyədə tanınan bir mərkəzə çevrilib.
COVID-19 pandemiyasının yayıldığı ilk zamanlarda Faucinin tövsiyələrinə görə Prezident Donald Tramp açıq şəkildə onu işdən çıxarmaq niyyətini bəyan edib. Respublikaçılar doktor Fauciyə şiddətlə müqavimət göstərdikləri qapanmaların və maskaların təbliğatında əsas fiqur kimi baxıblar.