ABŞ prezidenti Co Baydenin etimad reytinqi rekord səviyyədə azalıb.
Dörd təşkilatın bu həftə açıqladığı sorğuların kumulyativ təhlilinə görə, hazırda ABŞ prezidentinə etimad səviyyəsi təxminən 41%, onlardan birinə görə isə cəmi 33% təşkil edir.
Bu, prezidentlik müddətinin eyni dövründə Baydenin bütün sələfləri ilə müqayisədə rekord dərəcədə aşağı göstəricidir.
Müqayisə üçün qeyd edək ki, prezidentlik müddətinin analoji dövründə Donald Trampın etimad reytinqi daha yüksək olub – 42%.