19 C
Baku
Monday, May 20, 2024

Bayram öncəsi banklar dolları ucuzlaşdırdı – Monitorinq

Xəbər verdiyimiz kimi, AMB-də Dövlət Neft Fondu tərəfindən keçirlən valyuta hərracı 15 gün ardıcıl olaraq USD:AZN məzənnəsi sabit qalaraq 1,7001 səviyyəsində müəyyən olunub.

Banker.az-ın saat 16:00 radələrənə olan monitorinqinə görə, Bayram öncəsi Azərbaycan kommersiya banklarının bir neçəsi, eləcə də, Azərpoçt dolların alış-satış  məzənnəsində dəyişiklik edib.

Araşdırmaya görə, 24 saat ərzində yalnız “XalqBank” dolları bahalaşdırıb. Belə ki ötən gün, 1,7020 manata satılan dollar hazırda bankda 1,7040 manat dəyərindədir.

Digər 9 bankda isə dolların məzənnəsi əksinə, endirilib.

Hazırda dolları ən aşağı, yəni,  1.7020 manata “Yapı Kredi Bank” və “TuranBank” satır. Ən baha isə adəti üzrə “Naxçıvanbank”dadır – 1,7070 manat.

dfghjkl

Son xəbərlər
 ⁠
Digər xəbərlər