17 C
Baku
Thursday, May 23, 2024

Bazar ertəsi— doğrudanmı ağır gündür?

«Ura! -nəhayət ki, həftəsonu və bayramlar başa çatdı!» -bu sözləri deyib, bazar ertəsi səhər çağı ofisə daxil olmağa çalışın. Həmkarlarınızın reaksiyasını təsəvvür edə bilərsiniz? Insanların təəccüblə dolu üzlərini təxmin etmək mümkündür: hətta sizin hərarətinizin olduğunu, başınıza hava gəldiyini düşünənlər də alacaq. Bazar ertəsi ağır gündür, bunu hamı bilir, burda mübahisə ediləsi heç nə yoxdur, amma bəlkə yenə də dəyər mübahisə etməyə?

Dövlət miqyasında, nə də beynəlxalq səviyyədə bazar ertəsinin ləğv edilməsinə yəqin ki, heç bir sağlam insan inanmaz, ona görə də həftə öncəsinin tutqun kədərdən və hələ gəlməsinə  beş gün qalan cümə həsrətindən xilas etməyə çalışaq.

1) İnsanlar həmişə həftənin son gecəsini daha uzun keçirməyə çalışır, bizə elə gəlir ki, əgər yatağa həmişəki kimi saat  11-də deyil, daha gec uzansaq, onda gecə daha uzun olacaq. Özümüzün özümüzə qurduğumuz bu oyun nəticəsində, biz həftənin ilk günündə elə halda çıxırıq ki, nə kifayət qədər yatmış oluruq, gözlərimiz açılmır, başımız ağrıyır və belə bir hiss olur ki, sanki həftə sonu heç olmayıb və biz heç istirahət edə bilməmişik. Normal davranış isə belə olmalıdır: biz vaxtında yuxu yatmalı və bütün gecəni özümüzə istirahət verməliyik, bir gecəyə bizə bütün il boyu bəs edəcək qədər əyləncəyə enerji sərf etməli və iki günə bütün həyatı sevincləri yaşamağa çalışmalı deyilik. Bu, heç də təqvimdəki sonuncu  həftəsonu deyil. Bizim yenə istirahət şansımız olacaq.

2) Elə insanlar də var ki, prinsip etibarı ilə bazar ertəsinə qarşı deyillər, amma onlar da ümumi “psixozun” qurbanı olur. Özlərini litrlərlə qəhvəyə həbs edən və qaş-qabağı yer süpürən həmkarlara baxdıqda, siz də az qala elə düşünməyə başlayırsınız ki, bazar ertəsi yer kürəsinin bütün işləyən əhalisini cəzalandırmaq üçün düşünülmüş bir vasitədir. Özü də ki, bu cəza gecikmələrə və nahar fasilələrində rəhbərlərin davranışı barədə edilən gizlicə qeybətlərə görə tətbiq edilir. Üzünüzə gələn həftə ilə bağlı bütün pessimist fikirləri uzaq bir yerə göndərin. Aynanın önünə keçib özünüzə gülümsəyin. Səhərə ən sevdiyiniz yeməyi hazırlayın (əgər heç kəs görmürsə iki porsiya yeyin). İşdən əvvəl təmiz havada gəzməyə çıxın. “Bazar həftəsi sindromundan” əziyyət çəkən həmkarlarınıza isə məzəli və ağıllı bir lətifə danışın.

3) Əgər elə əvvəldən, yəni neçə illərdir ki, sizin bazar ertəsi ilə aranız yoxdursa və bu günü heç sevmirsinizsə, onda sizə həftəsonundan sonra  özünüzə «yük boşaldıcı» bir gün təyin edin. İşlərinizi elə planlaşadırın ki, həftənin ilk iş günündə həyatı vacib məsələləri həll etməli olmayasınız, məsələn: “büdcəni artırmadan reklam kompaniyasının effektivliyini necə yüksəltmək olar?”. Özünüzə rahatlıqla işgüzar ritmə düşmək imkanı verin. Ən azından nahara qədər n çox ürəyinizə yatan və ya ən az qıcıqlanmaya səbəb olan işlə məşğul olun.

Əgər sadaladığımız özünə-yardım metodları özünü doğrultmasa, daha ciddi vasitələrə əl atın. Özünüzü bu günün bazar ertəsi deyil, çərşənbə axşamı və ya çərşənbə olduğuna inanmağa məcbur edin.

Psixoloqlar əmindir ki, özünü-təlqin vasitəsi ilə hətta ən adi bir insanı da Eynşteynə çevirmək mümkündür. Bizim isə qabağımızda daha asan məsələ dayanır, biz sadəcə bazar ertəsinə bizim də könlümüzü almağa –rəğbətimizi qazanmağa şans verməliyik.

Son xəbərlər
 ⁠
Digər xəbərlər