Ticarət sektorunda çalışan, adının çəkilməsini istəməyən oxucularımızdan birinin verdiyi məlumata görə, cameədə “BazarStore” supermarketlər şəbəkəsinin bağlanacağı bildirilir: “Mənim çalışdığım supermarketdən bir neçə mütəxəssis “BazarStore”un yerində açılacaq “Azərbaycan market”in işini qurmaq üçün cəlb edilib. Deyilənə görə, yaxın vaxtlarda şəhərdə yerləşən “BazarStore”lar bağlanacaq, yerində “Azərbaycan market”lər fəaliyyətə başlayacaq. Lakin yeni marketlərin “BazarStore”un sahibinə, yəni “Azersun Holdinq”ə aid olub-olmadığını bilmirəm”.
“Bakıda fəaliyyət göstərən nəhəng supermarket şəbəkələrindən olan “BazarStore” bağlanmayacaq. Bu barədə yayılmış məlumatların hamısı şaiyədir”.
Bu barədə “Azersun Holdinq” MMC-dən bildiriblər. Verilən məlumata görə, “BazarStore” bağlanmır və onun heç bir filialı da fəaliyyətini dayandırmır.