9 C
Baku
Friday, December 13, 2024

BDYPİ-nin “Siqnal” idarəsi 4.4 milyon manatlıq yol nişanları və yol cizgi boyası alır

Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi “N1 Trade” MMC ilə 4.4 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə 2023-cü ilin tələbatına uyğun olaraq yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4.362.554 manatdır.

Xatırladaq ki, “N1 Trade” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Şahin Abdulhəmidovdur.

Son xəbərlər
Digər xəbərlər