9 C
Baku
Friday, December 13, 2024

BƏƏ Aİ məhsullarının Rusiyaya təkrar ixracını məhdudlaşdırmağa razılaşıb

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ukraynada döyüşlərdə istifadə oluna biləcək məhsulların Avropa İttifaqından (Aİ) Rusiyaya təkrar ixracını məhdudlaşdırmağa razılaşıb.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

BƏƏ rəsmisi bildirib ki, ölkəsi münaqişə zonalarına ikili təyinatlı məhsulların ixracını və təkrar ixracını məhdudlaşdırır. Onun sözlərinə görə, BƏƏ-də belə məhsulların ixracına nəzarət edən sistem var.

BƏƏ nümayəndəsi həmçinin əlavə edib ki, ölkə hakimiyyəti Ukraynadakı hərbi əməliyyatlar, eləcə də onların qlobal iqtisadiyyata təsiri məsələsində beynəlxalq tərəfdaşlarla dialoq aparır.

Son xəbərlər
Digər xəbərlər