Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İran, Livan və İraqa səfər etməyi qadağan edib. Nazirlik həmçinin “X” sosial şəbəkəsindəki səhifəsində BƏƏ vətəndaşlarını qeyd olunan ölkələrdən mümkün qədər tez geri qayıtmağa çağırıb.
Məlumatda bildirilib ki, qadağa “mövcud regional hadisələr fonunda” tətbiq olunub.
BƏƏ ABŞ və İsrailin hərbi əməliyyatına başlanıldıqdan sonra İrana qarşı çıxış edən Fars körfəzi ölkələrindən biridir. Pentaqonun məlumatına görə, bu müddət ərzində BƏƏ istiqamətində 2,8 mindən çox pilotsuz uçuş aparatı və raket buraxılıb.







