10 C
Baku
Thursday, December 12, 2024

Belarus Avropada Adi Silahlı Qüvvələr müqaviləsini dayandırır

Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilənin qüvvəsinin dayandırılması barədə qanun layihəsini parlamentin aşağı palatasına təqdim edib.

Bu barədə Belarus Prezidentinin Administrasiyasından bildirilib.

Qeyd olunub ki, layihə indiki mərhələdə ölkənin bu sənəddən tamamilə çıxması kimi anlaşılmamalıdır.

Xatırladaq ki, Türkiyə də Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb. Bu barədə qərar ölkənin rəsmi qəzetində dərc olunub. Sənəddə göstərilir ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək. Qərar mətnində, həmçinin Rusiyanın bu sənəddən çıxdıqdan sonra NATO-nun həmin anlaşmanın qüvvəsini və digər dövlətlərin ona qoşulması ilə bağlı sorğuları dayandırdığı bildirilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər