9 C
Baku
Thursday, December 12, 2024

Belarus Azərbaycandan idxalı artırmağı planlaşdırır

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin Azərbaycandan məhsul idxalını artırmaq niyyətində olduğunu açıqlayıb.

Bunu o, Minskdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

“Bununla bağlı heç bir maneə yoxdur. Ticarət dövriyyəmiz ilə bağlı göstəricilər yaxşıdır. Amma bu, balanslı deyil. Azərbaycandan daha çox məhsul almalıyıq. Biz bunu tənzimləyəcəyik”, – A.Lukaşenko vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və Belarusun ortaq dəyərləri var.

Belarus dövlət başçısı qeyd edib ki, parlamentlərarası əlaqələr iki dövlətin liderləri arasındakı münasibətlərin səviyyəsindən heç də geri qalmır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər