Belarus Polşanın üç diplomatını ölkədən çıxarmaq qərarına gəlib.
Bu barədə Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Lukaş Yasina məlumat verib.
Onun sözlərinə görə, Polşa sərhəd xidmətinin zabiti fevralın 22-si axşam saatlarında Belarus ərazisini tərk edəcək. Bundan əlavə, Belarusun Qrodnodan iki Polşa konsulunu göndərəcəyi ehtimal edilir.
Yasina bildirib ki, Polşa cavab tədbirləri görəcək.