24 C
Baku
Wednesday, October 9, 2024

“Belarus və İrana sanksiyalar tətbiq ediləcək” – Aİ

Avropa İttifaqı Ukraynadakı münaqişədəki roluna görə Belarusa qarşı sanksiyaları genişləndirmək niyyətindədir.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Şurasının rəhbəri Çarlz Mişel və NATO katibi ilə keçirdiyi mətbuat konfransında deyib.

Aİ rəhbəri Rusiyaya və onun Ukraynadakı hərəkətlərinə hərbi dəstək verənlərə qarşı sanksiyaları genişləndirəcəyini vəd edib.

“Bu, məsələn, Belarus və ya İrandır. Biz Belarusa qarşı yeni sanksiyalarla irəliləyəcəyik”, – deyə fon der Leyen bildirib.

Son xəbərlər
Digər xəbərlər