“Belarus bu ölkədə yaşayan polyakların etirazlarını alovlandıraraq, vəziyətdən istifadə edib Baltikyanı dövlətlərə qarşı müharibəyə başlaya bilər”.
Bu iddia ilə “Bild” telekanalının efirində Avstriyalı politoloq Qustav Qressel çıxış edib.
O bildirib ki, adı çəkilən ölkələrin 7 il əvvəl keçirdiyi “Qərb-2017” təlimləri antiterror və ya müdafiə xarakterli olmayıb, məhz bu ssenariyə hazırlıq xarakteri daşıyıb.
Ekspertin sözlərinə görə, başlanması ehtimalı yüksək olan bu müharibəyə sonradan Rusiya da qoşulacaq.
Q. Qressel sonda 2000-сil, yanvarın 26-da Rusiya və Belarus arasında İttifaq dövləti haqqında müqavilənin imzalandığını da xatırladıb.